AZ

Erməni generaldan şok etiraflar: "Xocalı soyqırımı mənim işimdir, orada..."

Gürcü blogerin erməni general Levon Minasyanla videomüsahibəsi sosial mediada böyük əks-səda doğurub.

Publika.az xəbər verir ki, Minasyan 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri qətliamla bağlı qan donduran etiraflar edib.

106-sı qadın, 70-i qoca və 63-ü uşaq olmaqla 613 nəfərin qətlə yetirildiyi soyqırımla bağlı bloger “Xocalıda idiniz?” sualını verib.

Minasyan isə cavabında “fəxr”lə “Xocalı mənim işimdir. Orada çox sayda azərbaycanlını öldürmüşəm. Neçə nəfəri öldürdüyümü xatırlamıram belə” deyib.

Blogerin bu cavabdan şoka düşüb. Minasyan, “Bu işlər belə olur. Xoşbəxtliyin nə olduğunu bilirsiniz?” sözləri ilə davam edib.

Seçilən
60
5
publika.az

6Mənbələr