AZ

Aysun əməliyyatdan sonra - Görün nə hala düşdü

Müğənni Aysun İsmayılova, son dövrlərdə sosial mediada paylaşımları ilə diqqət mərkəzindədir. O, bədən şəkilləndirmə əməliyyatı etdirərək görünüşündə böyük bir dəyişikliyə imza atıb.

Publika.az xəbər verir ki, əməliyyat sonrası müğənni estetik-cərrah Dilqəm Məhərrəmovun qəbuluna gedərək, nəticəni və həkimlə görüşünü instaqram hesabında izləyiciləri ilə bölüşüb.

Aysun İsmayılova əməliyyatın nəticəsindən məmnun qaldığını və həkimin peşəkarlığından çox təsirləndiyini dilə gətirib. O, Dilqəm Məhərrəmovun cərrahi bacarığını tərifləyərək, əməliyyatın heç bir ağrı və ya narahatlıq yaratmadan uğurla başa çatdığını vurğulayıb. Müğənni, əməliyyatdan sonra əldə etdiyi nəticələrin gözlədiyindən daha mükəmməl olduğunu və özünü daha yaxşı hiss etdiyini qeyd edib.

Aysun həmçinin, bu anları instaqramda paylaşıb, şəkillər və videolar vasitəsilə əməliyyatın necə baş verdiyini izləyiciləri ilə paylaşıb. O, öz gözəlliyini artırmaq üçün etdiyi bu əməliyyatın özünə inamını artırdığını və daha da gözəl hiss etdiyini bildirib. Paylaşımlarında həmçinin, izləyicilərinə əməliyyatdan əvvəl və sonra olan fərqi göstərərək, nəticələrin mükəmməlliyini qeyd edib.

Seçilən
25
7
publika.az

8Mənbələr