AZ

2025-ci ilin ən gözəgəlimli bolidi məlum olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fevralın 18-də Londonda "Formula-1" yarışında iştirak edən 10 komandanın ümumi təqdimat mərasimi keçirilib. Mərasim çərçivəsində komandalar yeni "Formula-1" mövsümündə istifadə edəcəkləri livreyaları nümayiş etdiriblər.
Oxu.Az xəbər verir ki, təqdimatdan sonra "Formula-1"in mətbuat xidməti 2025-ci il mövsümü üçün komandaların istifadə etdikləri ən gözəl livreya ilə bağlı sorğu keçirib. Sorğuda "Racing Bulls" komandası qalib gəlib.
İtaliya komandasının rəngi keçən illə müqayisədə ən kəskin şəkildə dəyişənidir. Bu il avtomobillərdə ağ rəngdən daha çox istifadə edilib.
"Haas" bolidində də daha çox ağ var. "Alpin"də rənglənməmiş hissə azalıb və bolid tam mavi-çəhrayı çalarlarla boyanıb.
"Ferrari" qırmızı rəngini saxlasa da, görüntüsü daha tünd olub. "Kick-Sauber" isə daha parlaq yaşıl rəngə üstünlük verib.
Seçilən
153
50
oxu.az

10Mənbələr