AZ

"Zirə" - "Kəpəz" oyununun vaxtı yenidən dəyişdirildi

Hava şəraitinə görə bu günə təxirə salınmış Azərbaycan Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı dəyişdirilib.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.

Qeyd edək ki, görüş saat 16:00-da başlamalı idi. Ötən gün gerçəkləşməli olan matç hava şəraitinə görə təxirə salınmışdı.

Seçilən
72
12
publika.az

10Mənbələr