AZ

Zaxarova bu ölkənin baş nazirinin sözlərini ələ saldı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Danimarkanın baş naziri Mette Frederiksenin "Telegram" kanalında Ukraynada sülhün müharibədən daha təhlükəli olacağı ilə bağlı sözlərinə münasibət bildirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

“Sağlamlıq xəstəlikdən daha təhlükəlidirmi? Mən bunu Kopenhagenlə aydınlaşdırmaq istərdim”, - deyə diplomat yazıb.

Qeyd edək ki, Frederiksen bunu Kiyevə rəsmi səfəri zamanı deyib. Onun sözlərinə görə, bir çox insanlar sülh yolu ilə nizamlamanın və ya atəşkəsin yaxşı ideya olduğuna inanırlar, lakin Ukraynada sülhün “indi davam edən müharibədən daha təhlükəli olması” riski var.

Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna üzrə danışıqlar baş tutub. 4,5 saat davam edən görüşdə Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili ilə bağlı müzakirələr aparılıb.

Seçilən
28
3
publika.az

4Mənbələr