İsveçin baş naziri Ulf Kristersson Kiyevə səfər etdiyini açıqlayıb və Ukraynaya yeni hərbi yardımla bağlı planlarını bölüşüb.
Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Mən Kiyevdəyəm. Bu gün biz Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək üçün 100 milyon avro ayrıldığını elan edirik", - deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl İsveçin xarici işlər naziri Maria Malmer Stenergaard ölkəsinin 1,2 milyard İsveç kronu (təxminən 113 milyon dollar) dəyərində hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verəcəyini açıqlayıb.