Söhbət zirehli maşınlar, F-16-lar üçün avadanlıq, milyonlarla əlavə sursat və digər avadanlıqlardan gedir
Kanada Ukraynaya yeni hərbi yardım paketi və dondurulmuş Rusiya aktivlərindən alınan 5 milyard Kanada dolları (3,52 milyard dollar) təqdim edəcək. Bunu fevralın 24-də Kiyevdə Ukraynaya dəstək təşkilatının plenar iclasında Kanadanın baş naziri Castin Trüdo deyib.
"Mən elan edirəm ki, Kanada Ukraynaya əlavə 25 LAV III piyada döyüş maşını verəcək. Biz Ukrayna qoşunlarının tezliklə Almaniyada təlim keçəcəyi iki döyüş dəstəyi zirehli maşını hədiyyə edəcəyik", - o deyib. Trüdo bildirib ki, Kanada həmçinin "yaxın aylarda" təyyarələr üçün dörd F-16 simulyatoru və eniş sistemi təmin edəcək. "Bu, milyonlarla əlavə sursat, avadanlıq və ilk yardım dəstinə əlavədir", - baş nazir əlavə edib.
Trüdo həmçinin bəyan edib ki, Kanada Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən ilk 5 milyard dollarlıq yardımı və Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarından sonra Ukraynaya enerji təhlükəsizliyini qorumaq üçün qrant verəcək.
Xatırladaq ki, yanvar ayında Kanada Ukraynaya 440 milyon Kanada dolları (300 milyon ABŞ dollarından çox) hərbi yardım ayırmışdı. Məbləğin yarısı döyüş sursatı alınması, qalanı isə pilotsuz təyyarələrin və hərbi qış texnikasının istehsalı üçün nəzərdə tutulub.