"Zirə" - "Kəpəz" oyununun vaxtı yenidən dəyişdirilib.
Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı yenidən dəyişdirilib.
"Operativ Media" xəbər verir ki, bu gün Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın başlanması saat 16:00-dan 18:00-a dəyişdirilmişdi. Lakin hazırlıq prosesi tam yekunlaşmadığına görə matçın start fitinin saat 19:00-da verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, sözügedən oyun ötən gün keçirilməli idi.