AZ

"Starbucks" mindən çox əməkdaşını ixtisar edəcək

"Starbucks" 1 100 korporativ əməkdaşını ixtisar etmək qərarına gəlib.

Valyuta.Az xəbər verir ki, baş icraçı direktor Brayan Nikolun bu gün işçilərə ünvanladığı məktubda ixtisara düşən əməkdaşların çərşənbə axşamı günorta saatlarına qədər məlumatlandırılacağını bildirib. O, həmçinin şirkətin bir neçə yüz boş və doldurulmamış vəzifəni də ləğv etdiyini qeyd edib.  

Bizim məqsədimiz daha səmərəli fəaliyyət göstərmək, hesabatlılığı artırmaq, mürəkkəbliyi azaltmaq və inteqrasiyanı gücləndirməkdir”, – deyə Nikoll məktubda yazıb.  

Dünyada 16 000 əməkdaşı olan "Starbucks" bildirib ki, bu ixtisarlar anbar işçilərini və baristaları əhatə etmir. 

Nikol yanvar ayında bildirmişdi ki, korporativ ixtisarlar martın əvvəlində elan ediləcək. Onun sözlərinə görə, bütün işlər qərar verə bilən bir şəxs tərəfindən nəzarətdə saxlanmalı, şirkət isə öz strukturunu sadələşdirərək ünsiyyəti çətinləşdirən maneələri aradan qaldırmalıdır.  

“Böyük ölçülərimiz və strukturumuz işimizi ləngidə bilər. Çoxsaylı idarəetmə səviyyələri, kiçik komandaların menecerləri və əsasən işlərin koordinasiyasına yönəlmiş vəzifələr mövcuddur”, – deyə Nikol bildirib.  

Nikol ötən payızda şirkətə rəhbər gətirildikdən sonra satışların aşağı düşməsini aradan qaldırmaq üçün fəaliyyətə başlayıb. O, xüsusilə səhər saatlarında xidmətin daha sürətli olmasını təmin etmək və mağazaları yenidən icma toplantı məkanlarına çevirmək niyyətindədir.

Bundan əlavə, Nikol "Starbucks"ın menyusundan bəzi məhsulları çıxarır və mobil sifarişlər, avtomobil pəncərəsindən satış və mağaza daxili sifarişlərin balansını daha yaxşı idarə etmək üçün sifariş alqoritmlərini təkmilləşdirir.  

"Starbucks"ın 2024-cü maliyyə ili sentyabrın 29-da başa çatıb və bu dövr ərzində eyni mağaza üzrə qlobal satışlar 2% azalıb. ABŞ-də müştərilər qiymət artımları və artan gözləmə müddətlərindən narazı qalıb. Şirkətin ikinci ən böyük bazarı olan Çində isə daha ucuz alternativlərin yaratdığı rəqabət artıb.  

Rəhim

Seçilən
21
valyuta.az

1Mənbələr