AZ

AQTA-dan quş qripinə görə DGK-yə MÜRACİƏT

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Hindistan Respublikasının Madhya-Pradeş bölgəsində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Madhya-Pradeş bölgəsində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quaruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Telegram kanalımız
Seçilən
67
21
yenisabah.az

10Mənbələr