AZ

Minaya düşən Qarabağ müharibəsi iştirakçısının son durumu

Xocalıda minaya düşən Qarabağ müharibəsi iştirakçısı Nağı İmanovun vəziyyəti hazırda yaxşıdır.

Publika.az “Report”a istinadən xəbər verir ki, bunu zərərçəkənin qardaşı Siyavuş İmanov deyib.

Onun sözlərinə görə, Bərdə Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam edən N.İmanovun yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması gözlənilir.

S.İmanov hadisəsinin necə baş verdiyi haqda danışıb:

“Bir neçə gün öncə Nağı yaxınlarının şəhid olduğu ərazilərə getmək qərarına gəlib. Məqsədi atam və qardaşımın şəhid olduğu əraziyə baxış keçirmək, onların xatirə lövhəsinin hazırlanması üçün yer seçmək idi. Həmin gün hava qarlı olduğundan getdiyi yolu səhv salıb, nəticədə minaya düşüb”.

Seçilən
25
6
publika.az

10Mənbələr