"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə çempionatının 25-ci turunun "Qalatasaray"la oyununda (0:0) hakimliyi dəyərləndirib.
Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşılaşmanı idarə edən sloveniyalı Slavko Vinciçin rəhbərlik etdiyi hakimlər briqadasının işini bəyənib:
“Hakimin mükəmməl əməyi sayəsində çox yaxşı matç oldu. O, kifayət qədər dürüst idi. Türkiyə futbolunda önəmli fiqur olacaq 18 yaşlı futbolçumuz var, amma ilk dəqiqələrdən onun kart almasına çalışdılar. Amma hakim həmin vəziyyətdə oyunu çox yaxşı idarə etdi. Burada və Avropada nə qədər insanın baxdığını nəzərə alsaq, yaxşı oyun oldu.
"Qalatasaray" yaxşı müdafiə olundu, Muslera qapını "təmiz" saxladı. Müdafiədən çıxa bildik və yaxşı müdafiə olunduq. Gənc futbolçumuz səhv etsəydi, insanlar həm məni, həm də onu öldürərdilər.
Normal şəraitdə hələ də çempionluq şansı var. Türkiyədəki hakimlər bu hakimin işinə baxıb, özlərini tənqid edib, “mən də onun kimi təmiz və ədalətli oyun idarə etmək istəyirəm” desələr, mövsümün sonu həyəcanlı olacaq. İlin əvvəlindən baxdığımız sirk davam etsə, hər şey başqa cür olacaq.