Bu gün saat 10:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində şaxtalı hava şəraiti davam edir, gecə saatlarından yağıntılar tədricən kəsilib.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qarın hündürlüyü Zaqatalada (Əlibəy) 75, Qaxda (Sarıbaş) 50, Altıağacda 34, Lerikdə 58, Şəkidə 29, Qrızda 23, Oğuzda 21, Xaltan, Şamaxı və Daşkəsəndə 20, Neftçalada 18, Şahbuzda 16, Şahdağ və Qəbələdə 15, Göygöl və Yardımlıda 13, İsmayıllı və Lənkəranda 12, Quba və Balakəndə 11, Astara və Gədəbəydə 9, Qobustan , Naxçıvan, Sədərək, Qusar, Göyçay və Ordubadda 7, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində isə 8 sm-dir.