AZ

Çernobıl əlillərinə mənzil veriləcək

Çernobıl əlillərinin imtiyazlı mənzillərlə təmin olunması üzrə iş gedir, onlar növbəyə alınıb.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, Çernobıl əlillərinin də mənzillə təmin olunması məsələsi sürətlə gedir: “Çünki indiyə qədər məcburi köçkünlərin mənzillə təmin olunması əsas prioritet idi. Amma bundan sonra Çernobıl əlillərinin də sürətlə mənzillə təmin olunması üçün işlər həyata keçiriləcək”.

Seçilən
16
3
xezerxeber.az

10Mənbələr