AZ

Bu yollarda sürət həddi artırılıb

Bakıda qarlı və küləkli hava şəraiti səbəbindən bir sıra yollarda endirilən sürət həddi artırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Xəbər 4 dəfə oxunub.
Seçilən
38
49
xezernews.az

10Mənbələr