Bu sözləri Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə ölkədə keçirilən Milli Dialoq Konfransının açılışındaçıxışızamanı dilə gətirib. O öz çıxışında Suriyanın yenidən birləşdiriləcəyini, müxtəlif qruplaşmaların əlindəki silah-sursatın dövlətin nəzarətinə götürüləcəyini bildirib.
"Son iki ay ərzində suriyalılara qarşı cinayət törədənləri ələ keçirməyə çalışdıq. Onları cəzalandırılması məqsədilə Müvəqqəti Ədalət Komitəsi yaradılacaq. Suriya yenidən öz bölünməz və güclü vəhdətinə qaytarılacaq",- o deyib.
Xatırladaq ki, Suriyada 24 illik Bəşər Əsəd rejimi ötən il dekabrın 8-də Əhməd Əş-Şərəənin (hərbçi ləqəbi ilə "Əl-Cövlani) rəhbərliyindəki müxalif qüvvələr tərəfindən devrilib. Bu, Suriyada 2011-ci ildən bəri aparılan vətəndaş müharibəsinin həlli istiqamətində ən vacib addım sayılır.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta