İranın Mərkəzi vilayətinin Şazend rayonunda neft emalı zavodunda yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Məlumata görə, hadisə səhər saatlarında baş verib.
Bildirilib ki, yanğın NEZ-də “İzomaks” qurğusunun alovlanması nəticəsində baş verib. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi ilə yanğın nəzarətə götürülüb.
Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilib. Araşdırma aparılır.