AZ

Mourinyu cinayət məsuliyyətinə cəlb oluna bilər - "Qalatasaray" hədələdi

"Qalatasaray" klubu "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu haqqında cinayət işi açmaq niyyətində olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi bu barədə sosial şəbəkə hesabı üzərindən sərt bəyanat yayıb:

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyu Türkiyədə baş məşqçi olduğu ilk vaxtdan bəri türk xalqı haqqında aşağılayıcı açıqlamalar verib. Bu gün onun açıqlamaları sadəcə əxlaqsız şərhlərdən kənara çıxıb və açıq-aşkar qeyri-insani ritorikaya çevrilib.

Joze Mourinyunun irqçi ifadələri ilə bağlı cinayət işi başlamaq, müvafiq olaraq UEFA və FİFA-ya rəsmi şikayətlər göndərmək niyyətimizi rəsmi şəkildə bəyan edirik. Bundan əlavə, “nümunəvi əxlaqi dəyərləri” müdafiə edən bir qurum olan “Fənərbağça”nın çalışdırıcısının qınanılacaq davranışı ilə bağlı tutduğu mövqeyi yaxından izləyəcəyik".

Xatırladaq ki, dünən Türkiyə çempionatının 25-ci turunun "Qalatasaray" - "Fənərbağça" matçı (0:0) başa çatdıqdan sonra Mourinyu rəqibin təmsilçilərini "meymun"a bənzədib.

Mirağa

Seçilən
41
fanat.az

1Mənbələr