Azərbaycanda su şəbəkəsində itkilər təxminən 17-18 % təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu İri Şəhərlərin Birləşmiş Su Təsərrüfatı İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bəzi bölgələrdə, xüsusilə Abşeron yarımadasında və yeni salınan qəsəbələrdə bu göstərici 40 %-ə qədər yüksəlir: "Bakının bəzi ətraf qəsəbələrində su şəbəkələri tam qurulmayıb və sayğaclaşma işləri hələ tamamlanmayıb. Bu ərazilərdə suyun verilməsi ilə bağlı texniki problemlər mövcuddur. Bundan əlavə, bəzi yerlərdə su xətlərinə qanunsuz müdaxilələr ciddi problemlər yaradır. Bu, dövlətin və millətin mülkiyyətinə hörmətsizlikdir və mədəniyyətimizə yad bir davranışdır".