“Unibank” ASC-nin təhsil, səhiyyə və bank işçiləri üçün 0 % komissiyalı kredit kampaniyası davam edir. Bu sahələrdə çalışanlar banka müraciət edərək, 50 min manata qədər krediti 0 % komissiya ilə əldə etmək imkanı qazanacaqlar. Əgər hələ də bu sərfəli kampaniyadan faydalanmamısınızsa, tələsin. Çünki kampaniyanın bitməsinə cəmi dörd gün qalıb.
“Unibank”da nağd kreditlər illik cəmi 9,5 %-dən başlayır, müddət 60 aya qədərdir. Digər banklardakı kreditlərinizi “Unibank”a gətirmək üçün əsl vaxtdır. Bununla kreditlərinizi bir ünvanda birləşdirəcəksiniz, komissiya ödəməyəcəksiniz və kreditiniz aşağı faizlə rəsmiləşdirildiyindən, aylıq ödəniş məbləği də az olacaq.
Dəyərli müəllimlərimizi, həkimlərimizi və bank əməkdaşlarını bu fürsətdən faydalanmağa dəvət edirik.
Kampaniya çərçivəsində “Unibank”dan nağd kredit götürmək bu üstünlükləri verir:
- 0 % komissiya;
- illik 9,5 %-dən başlayan kredit əldə etmək;
- 50 000 AZN-ə qədər məbləğ;
- zamin tələbi yoxdur;
- kreditin ödəniş tarixini müştəri özü təyin edir;
- 60 ayadək ödəniş müddəti;