AZ

Aydın Abbasov: "Bakıda fasiləsiz su təchizatı 82 %-ə çatıb"

2006-cı ildə Bakı əhalisinin yalnız 26 %-i fasiləsiz su ilə təmin olunurdusa, hazırda bu göstərici 81,7 %-ə çatıb.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq, 2030-2035-ci illərədək paytaxt və Abşeron yarımadasında fasiləsiz və mərkəzləşdirilmiş su təchizatı tam təmin ediləcək:

“Hazırda bu istiqamətdə dövlət proqramı qəbul edilib və müvafiq layihələr həyata keçirilir. Bakıda su və kanalizasiya infrastrukturunun genişləndirilməsi işləri davam etdirilir. Yeni kollektorların çəkilməsi, mövcud problemlərin həlli və yağış suları sistemlərinin yenilənməsi planlaşdırılır".

Seçilən
19
3
bakivaxti.az

4Mənbələr