AZ

ADSEA: Azərbaycanda suyun istifadəsi ilə bağlı fərqli tarif modellərinin tətbiq edilə bilər

Azərbaycanda su tarifləri diferensiallaşdırıla bilər.

Gələcəkdə Azərbaycanda suyun istifadəsi ilə bağlı fərqli tarif modellərinin tətbiqi istisna edilmir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov deyib.

"Hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - A.Abbasov qeyd edib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə konkret təkliflər hələ ki, müzakirə olunmur.

Seçilən
16
48
operativmedia.az

10Mənbələr