AZ

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti: Yağış sularının yenidən istifadəsi ilə bağlı tədqiqatlar aparılır

Yayda istər aran, istərsə də digər ərazilərdə su təminatı kifayət qədər olacaq. Lakin bu, sudan qeyri-səmərəli istifadə üçün əsas verməməlidir. Hər bir vətəndaş suyun qorunmasına töhfə verməlidir.

Bunu jurnalistlərə açıqlaması zamanı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov deyib. O qeyd edib ki, hazırda yağış sularının yenidən istifadəsi ilə bağlı tədqiqatlar aparılır.

“Paytaxtda yağış kollektorlarının qurulması və genişləndirilməsi istiqamətində layihələr həyata keçirilir. Artıq bu suların ayrılması, dövlət su ehtiyatı kimi suvarmada istifadəsi və təbiətə qaytarılması istiqamətində layihələr icra olunur. Bakı şəhəri ətrafındakı təbii göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və yağış sularının bu mənbələrə yönləndirilməsi istiqamətində də işlər davam edir. Yaxın illərdə bu layihələr uğurla həyata keçiriləcək”, ? deyə Aydın Abbasov vurğulayıb.

Seçilən
16
banker.az

1Mənbələr