AZ

İlon Mask Kanadanı saxta ölkə adlandırdı - FOTO

ABŞ-ın Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Mask minlərlə kanadalının onun vətəndaşlıqdan məhrum edilməsi petisiyasını imzaladıqdan sonra Kanadanı saxta ölkə adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o,"X" hesabında yazıb:

"Kanada real ölkə deyil".

Xatırladaq ki, Kanada parlamentinin İcmalar Palatasının (aşağı palata) saytında Maskın ölkənin maraqlarına zidd fəaliyyətlə məşğul olduğu əsası ilə vətəndaşlıqdan məhrum edilməsini tələb edən petisiya dərc olunub.

İmzaların toplanması fevralın 20-də başlayıb və iyunun 20-dək davam edəcək. Bu günədək petisiyanı 230 minə yaxın insan imzalayıb.


Bizim.Media

Seçilən
152
7
bizim.media

8Mənbələr