AZ

Bakıda və Abşeron yarımadasında havanın temperaturu yüksəlib - FAKTİKİ HAVA

 

Saat 14:30-a olan məlumata əsasən hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Qeyd olunub ki, sarı xəbərdarlığa uyğun olaraq Zəngilanda 19 m/s, Mingəçevirdə 18 m/s, Göyçay və Qobustanda 16 m/s, Daşkəsən və Yardımlıda 15 m/s-dək qərb küləyi əsir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
163
27
operativmm.az

10Mənbələr