AZ

Uşaq qidasinda gmo aşkarlanıb

AZƏRBAYCAN QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ

Nəzarət tədbirləri çərçivəsində “Baku Kids Company” Qapalı Tipli Səhmdar Cəmiyyəti tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan “Humana” SL əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kq olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm aşkarlanıb.

Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

Məlumat üçün bildiririk ki, ölkəyə idxal olunan bütün uşaq qidaları müvafiq qaydada müayinələrə cəlb edilir, bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.

Seçilən
113
17
medicalmedia.az

10Mənbələr