AZ

Suriyada Milli Dialoq Konfransı başlayıb

Suriyanın paytaxtı Dəməşqdə  Milli Dialoq Konfransı fəaliyyətinə start verib.

Bakıvaxtı.az türk mediasına istinadla xəbər verir ki, Konfransda 600-dən çox qonaq iştirak edir.

Xalq Sarayında tarixi Suriya Milli Dialoq Konfransının açılış nitqi ilə çıxış edən prezident Əhməd Şəra bildirib: 

"Silahın bir əldə, yəni dövlətin əlində cəmlənməsi lüks deyil, zərurət və öhdəlikdir".

Suriyanın yaşadığı ağrı və iztirablara toxunan prezident ölkənin birlik içində yenilənməsinin lazım olduğunu vurğulayıb.

Əli Hüseynov

Seçilən
27
bakivaxti.az

1Mənbələr