Ölkədaxili nağdsız əməliyyatların həcmi 15 faizdən çox artıb.
Bu ilin yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin dekabr ayına nəzərən 67 min ədəd artaraq 19,96 milyonu ötüb.
Operativ Media Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,8 faiz artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 18,1 faiz, kredit kartları üzrə 0,3 faiz təşkil edib.
Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.
2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 milyon manat təşkil edib.