AZ

“Su 1 manat 91 qəpiyə başa gəlir, amma qiyməti 70 qəpikdir”

“Azərbaycanda su tarifləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin faktiki xərclərini tam qarşılamır”​. 

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xidmətin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov deyib. 

“Xidmətin gəliri özünü dolandırırsa, o xidmət daha sürətli inkişaf edir. Bu gün 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlir. Amma mövcud tarif 70 qəpik təşkil edir.

Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin differensiallaşdırılması məsələsi müzakirə oluna bilər. Lakin gündəlikdə bu məsələ yoxdur”, - deyə müşavir qeyd edib. 

Lamiyə Məmmədova

 

Seçilən
47
47
qafqazinfo.az

10Mənbələr