Bakı, 25 fevral, AZƏRTAC
Ölkə əhalisinin bir nömrəli problemi əhalinin suya olan tələbatı, əlçatanlığıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov deyib.
A.Abbasov bildirib ki, dünyada ən böyük problemlərdən biri olan iqlim dəyişmələri su ehtiyatlarına ciddi təsir edir.
“Dünya miqyasında 1,5 milyon kubmetr su ehtiyatı var. Bunun 98 faizi duzlu sulardır. Təsəvvür edin insanların əlçatanlığı cəmi 41 min kubkilometrədir. Suyun insanlara çatdırılması üçün zəruri şərait yaradılmalı, meşə zolaqları salınmalıdır. Azərbaycanın regionları və xidməti ərazilərində 69-70 faiz mərkəzləşdirilmiş su təchizatı sistemi qurulub”, - deyə Aydın Abbasov əlavə edib.