AZ

Sabunçuda 15 nəfərin ölümündə “Starlyuks” markalı gigiyenik vasitənin istehsalçısı təqsirləndirilir

Bakı. Trend:

Sabunçuda 15 nəfərin ölümündə “Starlyuks” markalı gigiyenikvasitənin istehsalçısı təqsirləndirilir.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuatxidmətinin məlumatında deyilir.

Bildirilib ki, 22-23 fevral tarixlərində Sabunçu rayonuərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçurayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaqaparılır.

Araşdırma zamanı həmin şəxslərin 40-60 yaşlarında olmaqla,spirtli içki alüdəçiləri olmaları, 13-nün kişi, 2-nin qadın cinsliolmaları, 1 nəfər kişi cinsli şəxsin şəxsiyyətinin məlum olmamasıtəsbit edilib.

Həmçinin, araşdırmalarla müəyyən edilib ki, hadisə yerlərindəngötürülmüş “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti Bakışəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyətgöstərən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsXanhüseynov Səbuhi Ehtibar oğlunun rəhbərliyi altındaqablaşdırılmaqla istehsal olunub.

2025-ci ilin yanvar ayında Suraxanı Rayon Məhkəməsinin hökmü iləCinayət Məcəlləsinin 200.2.2-ci (İstehlakçıları aldatma və ya piskeyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə təqsirlibilinərək 5 min manat cərimə cəzasına məhkum olunmuş 1988-ci iltəvəllüdlü Səbuhi Xanhüseynovun istehsalat sexinə baxışkeçirilməklə möhürlənib.

Hadisə yerlərində aşkar edilən gigiyenik vasitələrin və etilspirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibiyoxlanılarkən
gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığıüçün təhlükəli olan metil spirti aşkar edilib.

S.Xanhüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatmavə ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 314.3-cü(iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələriilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqinvəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyatakeçirən prokurorun təqdimatı ilə barəsində həbs qətimkan tədbiriseçilib.

Bundan əlavə, apteklərdə və ticarət müəssisələrində reydlərkeçirilməklə, qeyd olunan texniki spirt və vasitələrin tüfeylişəxslərə satışının dayandırılması, tüfeyli hətat tərzi keçirən vəölmüş şəxslərlə birgə içki qəbul etmiş şəxslərinmüəyyənləşdirilərək nəzarətə götürülməsi barədə rayon polisidarəsinə tapşırıqlar verilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaqaparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digərşəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətindətədbirlər davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təminediləcəkdir.

Seçilən
64
33
az.trend.az

10Mənbələr