AZ

Vardanyan sərbəst ifadə verməkdən imtina edib

Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib.

Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib.

Operativ Media xəbər verir ki, məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.

Ardınca təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub, lakin o, ifadə verməkdən imtina edib.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə itiham olunduğu cinayət əməlləri üzrə suallar verməyə başlayıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxs R.Vardanyandan Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal olunması, azərbaycanlıların zorla didərgin salınması, əsir və girov götürülmüş şəxslərə işgəncələrin verilməsi və öldürülməsi, Azərbaycan Respublikasına maddi ziyan vurulması və digər faktlara dair münasibətini soruşub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov, dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayev təqsirləndirilən şəxsin Azərbaycanın suveren ərazilərinin işğal olunmasına təkan verən hadisələr, Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və Davit Manukyanla münasibətləri, humanitar məqsədlər adı altında fəaliyyət göstərən “Avrora Humanitar Təşəbbüs Fondu”, Rusiya Federasiyasının vətəndaşlığından çıxma və Ermənistan Respublikasının vətəndaşlığını qəbul etmə səbəbləri barədə suallar ünvanlayıb.

Seçilən
72
14
operativmedia.az

4Mənbələr