AZ

Cənubi Koreya prezidenti məhkəmədə xalqdan üzr istəyib

Cənubi Koreya prezidenti Yoon Seok-Yeol hərbi vəziyyətin tətbiqi təklifinin yaratdığı çaşqınlıq və narahatçılığa görə ölkənin Konstitusiya Məhkəməsindən üzr istəyib. 

Demokrat.az
xəbər verir ki, bu barədə Yonhap agentliyi yazır. 

Seok-Yeol deyib ki, Vətən və xalq naminə hərbi vəziyyət tətbiq olundu, lakin bu proses zamanı dəyərli xalqımıza çaşqınlıq və narahatçılıq yaratdığıma görə səmimi qəlbdən üzr istəyirəm.

O, öz ifadəsində hərbi vəziyyətin elan edilməsi ilə bağlı ona qarşı irəli sürülən üsyan ittihamlarını dəfələrlə rədd edib. 

Yoon siyasətçilərin həbsinə və ya deputatların Milli Assambleya binasından çıxarılmasına göstəriş verdiyinə dair iddiaları da “absurd” adlandırıb.

Yoon Seok-Yeol yanvarın 15-də qiyama görə həbs edilib. Bu, Cənubi Koreya tarixində misli görünməmiş bir hadisədir ki, hazırkı prezident istintaq orqanı tərəfindən həbs edilib. 

Əfsanə Kamal
Demokrat.az
Seçilən
41
demokrat.az

1Mənbələr