AZ

Hava limanında HƏYƏCANLI ANLAR

Çikaqo hava limanında iki sərnişin təyyarəsi az qala toqquşacaqdı.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hadisə Miduey Beynəlxalq Hava Limanında Omahadan uçan Southwest Airlines təyyarəsinin enişi zamanı baş verib.

Şəxsi "Bombardier Challenger 350" təyyarəsi uçuş-enmə zolağından keçməyə başlayanda digər təyyarənin təkərləri demək olar ki, uçuş-enmə zolağına toxunub. Həmin təyyarə xoşbəxtlidən yenidən havaya qalxa bilib. Bir müddət sonra təhlükəsiz yerə enib.

Seçilən
66
1
publika.az

2Mənbələr