AZ

Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb – FOTO

Fevralın 25-də Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsinə həsr olunan anım gecəsi keçirilib.

AZƏRTAC  xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gecədə Əməkdar artist Fuad İbrahimovun bədii rəhbərliyi və dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan bəstəkarlarının – Arif Məlikov, Azər Dadaşov, Fərhad Bədəlbəyli, Fikrət Əmirov, Hacı Xanməmmədov, Rauf Əliyev, Soltan Hacıbəyovon əsərləri ifa olunub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə törədilən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 Xocalı sakini qətlə yetirilib.

Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində silsilə tədbirlər həyata keçirir. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası aparılır.

Artıq 5-ci ildir ki, Azərbaycan xalqı bu dəhşətli soyqırımın növbəti ildönümünü fərqli şəkildə anır. Tarixin ən ağır faciəsini yaşayan, dəhşətli terrora məruz qalan işğal altındakı torpaqlarımız azad edilməklə soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin ruhu dinclik tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinləri də işğaldan azad olunan Xocalıya qayıdır, vaxtı ilə soyqırımı acısını yaşamış bu torpağa yeni həyat gətirirlər.

DOĞRU.AZ

image-g1kptudib637xqgsid8829md8tgykpjc79yuqiwm_1200 image-1tnkle9usfl0hpbtoojlgnaoeocnt6vyu87jqdzr_640 image-6my6qpktpkitbu5gowxpsr6zmpzpbdeijjcx1uhf_640 image-4wyvyxeiap0asnerwbzofkmonksvceou80savdfo_640 image-xaywrqzpuyyr8f5gsgo07jpu4fql8pqlvv2xm4lc_640 image-iyintvv5gqgc5zcowq8epue7zciuaits8x7mxh6f_640 image-lciuzguxeia0enqt0ou2bxjahcckp0xpjdio30fp_640 image-xey7r0zlkfrytqd7v047axolishvulbfbqux2n5l_640 image-otr7gmrunxhvtzsii7ngvt2y55s0wmeb8hoze4iu_640 image-qukpmenpp8bkm7keaynd0sndogfwnp4pslfz877s_640 image-t4fhezkvwoiabjaddyikpxv9iyjjcvlkaxgmsmrk_640

Seçilən
96
10
dogru.az

10Mənbələr