İtaliya A Seriyasının prezidenti Ezio Simonelli maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, yay transfer pəncərəsinin yarışın ilk turu başlamazdan əvvəl bağlanmasını istədiyini bildirib:
“Çempionat başlamazdan əvvəl pəncərənin bağlanmasını istəyirik, eyni şey İngiltərə Premyer Liqasına da aiddir. Lakin La Liqa avqustun 31-dən əvvəl pəncərəni bağlamayacaq və deyəsən, Bundesliqa və Liqa 1-də də eyni şey olacaq. Buna nail olmaq üçün yekdilliyə ehtiyacımız var və bu, o qədər də asan deyil”.