AZ

Alimlərdən yeni kəşf: Bir vaxtlar Marsda okeanlar və çimərliklər olub - FOTO

Mars quru səthi və yüksək radiasiya səviyyələri ilə bu gün həyat üçün əlverişsiz görünsə də, yeni araşdırmalar planetdə keçmişdə çimərliklər olduğunu ortaya çıxarıb.

News24.az xəbər verir ki, əvvəlki araşdırmalarda Marsda dərələr və çöküntü süxurları aşkar edilib. Belə hesab edilir ki, vaxtilə planetdə çaylar axıb. Bununla belə, elm adamları uzun müddətdir ki, Marsda okeanların olub-olmadığını müzakirə edirlər.

“Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmada alimlər yeraltı məlumatları araşdırıblar.

Tədqiqatçılar qeyd edirlər ki, Marsın şimal ovalıqlarından əldə edilən məlumatlar Yerin sahillərində olan radar ölçmələrinə bənzəyir. Yeraltı materialın düzənliklərə, yəni okeana doğru meyl etdiyi görünür. Məlumatlar sahil xəttinin ən azı 1,3 km şimala doğru irəlilədiyini göstərir.

Tədqiqatçılar maili strukturların başqa geoloji proseslər nəticəsində əmələ gəldiyini qəbul etsələr də, əldə edilən məlumatların bu ssenarilərə uyğun gəlmədiyini bildirirlər. Bu kəşf Marsda keçmiş həyatın mümkünlüyünü araşdıran elm adamları üçün maraqlı inkişaf hesab olunur.

“Sahil dayaz su, hava və quru arasında qarşılıqlı əlaqə nöqtəsidir. Düşünülür ki, həyat ilk dəfə bu tip mühitlərdə Yer kürəsində yaranıb. Ona görə də Marsda keçmiş həyatın əlamətlərini axtarmaq üçün bu bölgəyə yeni kəşfiyyat missiyası göndərmək əla olardı", - alim Kardenas bildirib.

Bununla belə, Marsdakı qədim sahil xətləri Yerdəki tropik çimərliklərə çox az bənzəyir. /publika.az


Seçilən
66
4
news24.az

5Mənbələr