"ABŞ hakimiyyəti Pentaqonu "yıxacaq"".
Publika.az xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat katibi Carolyn Levitt brifinqdə gözlənilməz açıqlama verib.
“Pentaqonda silkələnmə vaxtıdır. Ardıcıl yeddi yoxlamadan keçə bilmədilər”, o qeyd edib.
Levitt hərbçilər arasında ABŞ ordusuna inamın aşağı olduğunu vurğulayıb.
Fevralın 22-də ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunu tutduğu vəzifədən azad etdildiyi bildirilir. Bu vəzifəyə namizəd ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Den “Razin” Keyndir. İndi onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.