AZ

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbələr endirdi

İsrailin müdafiə naziri İsrael Katz Hərbi Hava Qüvvələrinin Suriyanın cənubundakı hədəfləri vurduğunu açıqlayıb.

 

Bu haqda məlumat “Ynet” portalında dərc olunub.

 

"Hərbi-hava qüvvələri hazırda Suriyanın cənubunu sakitləşdirmək üçün təyin etdiyimiz yeni siyasətin bir hissəsi kimi Suriyanın cənubuna fəal şəkildə hücum edir və mesaj aydındır: Suriyanın cənubunun Livanın cənubuna çevrilməsinə icazə verməyəcəyik", - deyəo bildirib.

 

Qeyd edək ki, bundan əvvəl “Al Watan” qəzeti paytaxt Dəməşqin Dəra bölgəsində güclü partlayış olduğuna dair məlumat yaymışdı.

 

APA

Tarix: 26 Fevral 2025, 07:57   
Seçilən
122
5
pravda.az

6Mənbələr