AZ

Trampın ovucunda qançırlar əmələ gəldi

ABŞ Prezidenti Donald Trampın tez-tez əl sıxması səbəbindən ovucunda qançırlar əmələ gəlib.

Publika.az xəbər verir ki, bu barədə NBC telekanalı Ağ Evin mətbuat xidmətinə istinadla məlumat yayıb.

"Prezident Trampın əlində qançırlar var, çünki o, daim işləyir və demək olar ki, hər gün dayanmadan əl sıxır", - Ağ Evin mətbuat katibi Karolin Livittin

Siyasətçinin hazırda 78 yaşı var. Ağ Evdə Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra Trampın əlinin arxasındakı böyük sarı ləkənin fotosu ortaya çıxıb .

Seçilən
58
49
publika.az

10Mənbələr