AZ

"Qalatasaray"ın derbi sonrası GİZLİ PLANI - Futbolçulara yazılan məktublar ortaya çıxdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qalatasaray" öz meydanında "Fənərbağça" ilə 0:0 bərabərə qalaraq əzəli rəqibi ilə arasındakı altı xallıq fərqi qoruyub.
Oxu.Az xəbər verir ki, Baş məşqçi Okan Buruk matç başa çatdıqdan sonra futbolçuların şkaflarına özəl məktublar qoyub.
Okan Burukun futbolçulara yazdığı məktubların bəziləri:
"Lemina, çox qısa müddətdə böyük fiziki inkişaf göstərdiniz. Sizi qorumaq və daha güclü etmək üçün Avropa Liqasında iştirak ərizəsinə salmamışdıq. Avropada oynasaydınız, derbidə bu fiziki səviyyəyə çata bilməzdiniz. Bugünkü performansınız üçün təşəkkür edirəm".
"Yunus Akgün, bu yerə gənc bir aslan kimi addım atdın, amma indi burada liderlərdən biri, bu ruhu daşıyan bayraqdar oldun. Üfüqdə çempionluq var, Yunus. Gəl birlikdə ona doğru qaçaq".
Seçilən
94
50
oxu.az

10Mənbələr