Bakı. Trend:
Xocalı Soyqrımı cinayətlərində əli olan hər kəs ədalətmühakiməsi qarşısında dayanacaq.
Trend xəbər verir ki, bunu bugün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı"abidəsini ziyarət edərkən Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasındadeyib.
O bildirib ki, biri var vətən uğrunda səngərdə ölən əsgərlər,biri də var evində, öz yurdunda, öz yaşadığı regionda vəhşi hücumaməruz qalan və heç bir günahı olmadan azərbaycanlı olduğu üçünöldürülən soydaşlarımız.
"Əlbəttə, bunlar tamamilə fərqli prizmadan dəyərləndirilir və buinsanlıq, bəşəriyyət əleyhinə cinayətdir, soyqrımı cinayətidir. Bugün bura gələn hamı kimi onların ruhu qarşısında baş əyirəm. Onlarda Azərbaycanın haqq işi uğrunda şəhidlərimizdir.
Eyni zamanda bu cinayəti törədənlər cavab verəcəklər. Eləhəyatın ermənilər üçün ironiyası da ondan ibarətdir ki, bu gün buanım mərasimləri ilə yanaşı, bu cinayətlərdə əli olan ermənifaşizmini, bu cinayətləri törətməyə təhrik edən nümayəndələriAzərbaycanda mühakimə olunurlar",- deyə o əlavə edib.
Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşıhəyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasətinəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən birikimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlıqüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyiilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımıcinayəti törətmişdir.
Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşıtörədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, ocümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətləyetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eynizamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, ocümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraqqalmaqdadır.