AZ

Kənd təsərrüfatına verilmiş biznes kreditləri - 248 MİLYON MANAT BÖYÜYÜB

2025-ci ilin fevralın 1-nə Azərbaycan banklarının kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1 milyard 776,5 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Bu növ kreditlərin həcmi aylıq müqayisədə 9,8 milyon manat (0,5%) azalıb, illik müqayisədə 247,6 milyon manat (16,2%) böyüyüb.

Qeyd edək ki, kənd təsərrüfatı sahəsinə verilmiş biznes kredit portfeli 2025-ci ilin yanvarın 1-nə 1 milyard 786,3 milyon manat,  ötən ilin eyni dövrünə 1 milyard 528,9 milyon manat  təşkil edib.

Xatırlatma üçün bildirək ki, 2025-ci ilin fevralın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 709,9 milyon manat təşkil edib.

Biznes kredit portfeli aylıq müqayisədə  77,3 milyon manat (0,5%) kiçilib, illik müqayisədə 1 milyard 797 milyon manat (13,9%) böyüyüb.

Qeyd edək ki, ümumi biznes kredit portfeli 2025-ci ilin yanvarın-nə  14 milyard 787,2 milyon manatın,  ötən ilin eyni dövrünə 12 milyard 912,9 milyon manat  təşkil edib.

Seçilən
61
14
fed.az

10Mənbələr