Xocalı Soyqrımı cinayətlərində əli olan hər kəs ədalət mühakiməsi qarşısında dayanacaq.
“İki sahil” xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, biri var vətən uğrunda səngərdə ölən əsgərlər, biri də var evində, öz yurdunda, öz yaşadığı regionda vəhşi hücuma məruz qalan və heç bir günahı olmadan azərbaycanlı olduğu üçün öldürülən soydaşlarımız.
"Əlbəttə, bunlar tamamilə fərqli prizmadan dəyərləndirilir və bu insanlıq, bəşəriyyət əleyhinə cinayətdir, soyqrımı cinayətidir. Bu gün bura gələn hamı kimi onların ruhu qarşısında baş əyirəm. Onlar da Azərbaycanın haqq işi uğrunda şəhidlərimizdir.
Eyni zamanda bu cinayəti törədənlər cavab verəcəklər. Elə həyatın ermənilər üçün ironiyası da ondan ibarətdir ki, bu gün bu anım mərasimləri ilə yanaşı, bu cinayətlərdə əli olan erməni faşizmini, bu cinayətləri törətməyə təhrik edən nümayəndələri Azərbaycanda mühakimə olunurlar",- deyə o əlavə edib.