Türkiyənin ölkəmizdəki yeni səfiri Birol Akgün "Ana Harayı" abidəsini ziyarət edib.
Modern.az xəbər verir ki, o, abidə önünə gül dəstələri qoyub.
Yeni səfiri səfirliyin nümayəndələri müşayiət edib.
Qeyd edək ki, bu gün ermənilərin Xocalıda törətdiyi soyqırımı aktının 33-cü ildönümüdür.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.