AZ

Səhiyyə Nazirliyinin rəhbərliyi  “Ana harayı” abidəsini ziyarət edib - FOTOLAR

Müasir tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 33-cü ildönümüdür.

Adalet.az xəbər verir ki, bununla əlaqədar bu gün Səhiyyə Nazirliyinin rəhbərliyi Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident Ä°lham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Prezident Ä°lham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalıya dəfələrlə səfərlər edərək, yenidənqurma işləri ilə tanış olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Belə ki, ötən il fevralın 26-da dövlət başçısı Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub. Həmçinin, Azərbaycan Prezidenti bu ilin fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşüb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Seçilən
19
adalet.az

1Mənbələr