AZ

Trampın əli niyə göyərib? - Ağ Evdən açıqlama

ABŞ prezidenti Donald Trampın fevralın 25-də Fransa lideri Emmanuel Makronla görüşü zamanı jurnalistlərin gördüyü sağ əlindəki böyük qançır davamlı əl sıxmalarından yaranıb.

News24.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt məlumat verib.

"Prezident Tramp xalqın adamıdır. Onun öhdəliyi sarsılmazdır və bunu hər gün sübut edir. Prezident Trampın qollarında qançırlar var, çünki o, daim işləyir və hər gün əl sıxır", - NBC onun sözlərini sitat gətirib.

Kanal həmçinin qeyd edir ki, Trampın sağ əlində qançırlar və ya qızartılar əvvəllər də, o cümlədən 2024-cü ilin avqust və noyabrına aid fotoşəkillərdə də görünüb.

Aynurə


Seçilən
28
news24.az

1Mənbələr