AZ

Trampın əlləri gündəmdə: Göyərmə nə ilə bağlıdır?

ABŞ prezidenti Donald Trampın Fransanın dövlət başçısı Emmanuel Makronla görüşü zamanı sağ əlində görünən göyərmə sosial mediada geniş müzakirələrə səbəb olub. Trampın sağlamlığı ilə bağlı müxtəlif iddialar ortaya atılıb.  

Yenisabah.az xəbər verir ki, sosial media istifadəçiləri göyərmənin damar içi inyeksiya, nazik dəri və ya yaşlanma nəticəsində yarana biləcəyini iddia ediblər. Bəzi mənbələr isə onun makiyajla gizlədilməyə çalışıldığını bildiriblər.  

Oxşar vəziyyət daha əvvəl ABŞ-ın keçmiş prezidenti Co Baydenin əlində də müşahidə olunmuş və siyasi opponentləri tərəfindən gündəmə gətirilmişdi.  

Tramp keçmişdə sağlamlığı ilə fəxr edərək, özündən 15 yaş kiçik Barak Obamadan daha gümrah olduğunu iddia etmişdi. Lakin son görüntülər onun da yaşlanmaya bağlı sağlamlıq problemləri ilə üzləşdiyinə dair şübhələr yaradıb.  

2023-cü ilin sonunda yayımlanan sağlamlıq hesabatında Trampın çəkisini azaltdığı və ciddi pəhriz saxladığı qeyd olunub. Bununla belə, hesabatda sağlamlıq durumu ilə bağlı konkret məlumatlar yer almayıb. Göyərmə ilə bağlı müzakirələr, keçmiş prezidentlərin yaşı və fiziki durumu ətrafında davam edən ictimai marağı yenidən gündəmə gətirib.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
56
yenisabah.az

1Mənbələr