Prezident Rəcəb Tayyib Ərdoğan Serbiya prezidenti Aleksandr Vuçiç ilə telefon danışığı aparıb.
Görüşdə Türkiyə ilə Serbiya arasındakı əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan iki ölkə arasında dostluq və həmrəyliyin gücləndiyini, Türkiyənin Serbiyada bir an əvvəl yeni hökumətin qurulmasını, sülhün və sabitliyin qorunub saxlanmasını arzuladığını, qurulacaq yeni hökumətlə ikitərəfli əlaqələri inkişaf etdirməyə davam edəcəklərini bildirib.
Ərdoğan iki ölkə arasında xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılması istiqamətində görülən birgə səylərin yaxın gələcəkdə öz bəhrəsini verəcəyini bildirib.
Prezident Ərdoğan ayrıca, Vuçiçin fevralın 8-də xidməti avtomobili ilə qəza törətməsindən kədərləndiyini bildirib və ona tezliklə sağalmasını arzulayıb.
Serbiya prezidenti Vuçiç prezident Ərdoğanı ad günü münasibətilə təbrik edib.