Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və agentliyin kollektivi Bakı şəhərindəki “Ana harayı” abidəsini ziyarət edib.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib. Ziyarət zamanı abidənin önünə güllər düzülüb və faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.